“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

Hazırda oxunan: “Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev - FOTO

629535

"Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunmuş şəkildə təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, "Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil", - o bildirib.

H. Hacıyev vurğulayıb ki, Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO