Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev 3 saat ərzində Türkiyədən gələn qonaqların suallarını CAVABLANDIRDI - FOTO

629167

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, görüş TADİV-in Azərbaycanda təşkil etdiyi proqram çərçivəsində baş tutub.
 

Prezidentin köməkçisi media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb. 


Təxminən üç saat davam edən görüşdə o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb, Prezident İlham Əliyevin Azərbaycan–Türkiyə qardaşlığına dair yanaşmasının iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO