Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

Hazırda oxunan: Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəldi – FOTO

628686

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. "Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru" və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihələrinin icrasının sürətləndirilməsi istiqamətində razılığa gəldik.

Həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə mümkün əməkdaşlıq imkanlarını dəyərləndirdik. Bu regional enerji bağlantısı layihələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən növbəti birgə töhfələrimiz olacaq", - nazir qeyd edib.






 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO