Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

628664

Yaponiyanın Baş naziri Sanae Takaiçi Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.

"Kumamoto zəlzələsi ilə əlaqədar bu günə qədər dünyanın bir çox ölkə və regionlarının sakinlərindən, eləcə də beynəlxalq təşkilatlardan səmimi başsağlığı mesajları və konkret yardım təklifləri almışıq. Fürsətdən istifadə edərək bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm", - baş nazir vurğulayıb.

S. Takaiçi Azərbaycan daxil olmaqla, 56 ölkəyə və 7 beynəlxalq təşkilata minnətdarlığını ifadə edib.

Xatırladaq ki,iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO