“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

“ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

Hazırda oxunan: “ABŞ indiki şəraitdə Ukraynaya “Partiot” raketlərini verə bilməz” – Elmar Məmmədyarov

628601

Ukrayna prezidenti Volodimir Zelenski enerji fəlakətinin qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampdan "Patriot" raketlərindən ibarət "qış paketi" istəyib.

Zelenski bu barədə "Axios"a verdiyi müsahibədə bildirib.

O, qış mövsümündə enerji infrastrukturunu Rusiya zərbələrindən qorumaq məqsədilə Ukraynaya təcili olaraq "Patriot" ələkeçirici raketlərinin verilməsi üçün Trampa müraciət etdiyini deyib.

Zelenskinin sözlərinə görə, mövcud ehtiyatlar demək olar ki, tükəndiyi üçün Ukrayna qış başlayana qədər 300 ələkeçirici raket əldə etməyi hədəfləyir. O vurğulayıb ki, bu raketlər olmadan Rusiya milyonlarla ukraynalını elektrik və istiliksiz qoya bilər.

Zelenski həmçinin qeyd edib ki, Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziyaların verilməsi istiqamətində işləri davam etdirməyə razılaşıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, bu birbaşa bəyanat olmasa da, deyilənlər inandırıcı görünür:
 

“Çünki son zamanlar ABŞ  Ukrayna ilə bağlı məsələlərə müəyyən düzəlişlər edib. Hazırda ABŞ İranla müharibə şəraitindədir, davamlı sülh yoxdur. Ona görə Amerikanın özünə “Patriot” raketləri daha çox lazımdır. Çünki İrana edilən hava hücumları zamanı əsasən bu raketlərdən istifadə edilir və sıradan çıxan hərbi sursatın yerinin doldurulması üçün Amerikaya müəyyən vaxt lazımdır.


Ola bilsin bu səbəbdən Tramp Zelenskiyə “Patriot” raketlərinin verilməsinə söz verməyib. Amma istehsal texnologiyası Ukraynaya verilə bilər. Bu rəsmi Vaşinqton üçün heç də ağır bir məsələ deyil. Bu variantsa Zelenski hakimiyyətinə nə qədər sərfəlidir, onu artıq zaman göstərəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO