Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO

Hazırda oxunan: Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO
628254
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Perunun paytaxtı Lima şəhərində ölkənin yeni seçilmiş Prezidenti Keyko Fuximorinin andiçmə mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, dünyanın yüzə yaxın ölkəsindən yüksəksəviyyəli nümayəndə heyətlərinin qatıldığı rəsmi tədbirdə Azərbaycan Respublikasını ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda, Peru Respublikasında akkreditə olunmuş səfiri Seymur Fətəliyev təmsil edib.
 

Andiçmə mərasimi çərçivəsində əvvəlcə Limanın Mərkəzi Bazilikasında təntənəli dini ayin təşkil olunub. Daha sonra Peru Konqresində keçirilən rəsmi mərasimdə Prezident Keyko Fuximori Konstitusiyaya sadiqlik andı içərək, vəzifəsinin icrasına başlayıb. Yeni Prezident çıxışı zamanı ölkənin qarşıdakı inkişaf prioritetləri və hökumətin fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.


Rəsmi mərasimdən sonra Peru Prezidenti Hökumət Sarayında andiçmə mərasimində iştirak edən xarici dövlət və hökumət nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Qəbul zamanı Azərbaycan Respublikasının səfiri Seymur Fətəliyev Prezident İlham Əliyevin Peru Prezidenti Keyko Fuximoriyə ünvanladığı səmimi təbrikləri və xoş arzularını çatdırıb. Səfir, həmçinin Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini söyləyib.

Prezident Keyko Fuximori göstərilən diqqətə görə minnətdarlığını bildirərək, səmimi salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Andiçmə mərasimində keçirilən görüşlər Azərbaycan ilə Peru arasında siyasi dialoqun və ikitərəfli əməkdaşlığın inkişafına verilən qarşılıqlı önəmin daha bir göstəricisi kimi qiymətləndirilir.

Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO - foto 1
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olundu – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO