Brüssel görüşündə Minsk Qrupunun adı çəkilmədi - Tarixin zibilliyindədir - VİDEO 

Brüssel görüşündə Minsk Qrupunun adı çəkilmədi - Tarixin zibilliyindədir - VİDEO 

Hazırda oxunan: Brüssel görüşündə Minsk Qrupunun adı çəkilmədi - Tarixin zibilliyindədir - VİDEO 
50787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.

Bizim.Media xəbər verir ki, “caliber”in növbəti təhlili məhz müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edən görüşə həsr olunub.

Görüşdən sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.

“Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.
 

Amma necə deyərlər, şeytan detallarda gizlənir ki, onu da oxucularımızın diqqətinə çatdırmaq istəyirik.


Məsələn, əsas detal ondan ibarətdir ki, Avropa Şurası rəhbərinin bəyanatında ATƏT-in Minsk Qrupunun adı çəkilməyib.

Biz artıq dəfələrlə demişik və yazmışıq ki, bu format tarixin zibilliyinə göndərilib və Şarl Mişel yuxarıda qeyd olunan təşkilatın adını bircə dəfə də olsa çəkməməklə bunu təsdiqlədi”, - deyə videoda qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO