20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Xankəndi-Laçın və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağdakı erməniləri qəbul etməyə hazırıq” - Paşinyan
Onun sözlərinə görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.
Bizim.Media