Avropa İttifaqını məhv edə biləcək faktor AÇIQLANDI

Avropa İttifaqını məhv edə biləcək faktor AÇIQLANDI

Hazırda oxunan: Avropa İttifaqını məhv edə biləcək faktor AÇIQLANDI
156706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa ölkələri arasında dərin mədəni fərqliliklər və uzun müddət ərzində ortaq siyasətlərin inkişaf etdirməməsi səbəbindən miqrasiya "Avropa İttifaqı üçün pozucu gücə" çevrilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell "The Guardian"a bildirib.

Borrell Ukraynadakı münaqişənin miqrasiya böhranına töhfə verdiyini inkar edib. O, həmçinin Avropada millətçiliyin artdığını və bunun da miqrasiya ilə əlaqəli olduğunu etiraf edib.

"Miqrasiya Aİ-də daha da böyük mübahisə mənbəyidir. Bu, Avropa İttifaqı üçün dağıdıcı qüvvə ola bilər. Biz hələ də ümumi miqrasiya siyasəti ilə bağlı razılığa gələ bilməmişik", - Aİ rəsmisi vurğulayıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, buna Aİ daxilində dərin mədəni və siyasi fikir ayrılıqları kömək edir. O, qeyd edib ki, Yaponiya üslubuna sadiq qalan və miqrantları buraxmaq istəməyən ölkələr var. İspaniya kimi miqrant qəbulunun uzun tarixi olan başqa ölkələr də mövcuddur.
"Paradoks odur ki, Avropanın miqrantlara ehtiyacı var, çünki biz inanılmaz dərəcədə aşağı demoqrafik artıma malikik. Əgər əmək baxımından yaşamaq istəyiriksə, miqrantlara ehtiyacımız var", - Josep Borrell fikirlərini izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO