Prezidentin köməkçisi: “Üçgünlük tərksilah prosesi göstərdi ki, Qarabağ bölgəmizin barut çəlləyinə çevrilib”

Prezidentin köməkçisi: “Üçgünlük tərksilah prosesi göstərdi ki, Qarabağ bölgəmizin barut çəlləyinə çevrilib”

Hazırda oxunan: Prezidentin köməkçisi: “Üçgünlük tərksilah prosesi göstərdi ki, Qarabağ bölgəmizin barut çəlləyinə çevrilib”

156657

“Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb. 

Prezidentin köməkçisi qeyd edib ki, tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir. 

“Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik", - deyə H.Hacıyev qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO