Hikmət Hacıyev: “Ermənistan sülh sazişi ilə bağlı müsbət təşəbbüslər göstərməlidir”

Hikmət Hacıyev: “Ermənistan sülh sazişi ilə bağlı müsbət təşəbbüslər göstərməlidir”

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistan sülh sazişi ilə bağlı müsbət təşəbbüslər göstərməlidir”

156187

“Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir. Həmçinin Azərbaycan ərazisində Ermənistanın hərbi qüvvələri qalmamalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Qarabağ ermənilərinin reinteqrasiyası planı hazırdır”


“Antiterror tədbirləri onu göstərdi ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazisində qalmaqda idi.  

"44 günlük müharibədən sonra sülh sazişi ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfdir. İki ölkə arasındakı sülh mətnini də Azərbaycan hazırlayıb təqdim etmişdi. 

ABŞ və digər dövlətlər də sülh sazişi üçün platformalar təqdim etmişdir. Amma məsələ harada müzakirə aparmaq yox, nəyi müzakirə etməkdir. Sülh sazişini, fikrimcə, 70 faiz razılaşdırmışdıq.

Amma hazırda bu, qarşılıqlı proses olmalıdır. Mənfi tendensiyalara görə, təəssüf ki, növbəti danışıqlar Vaşinqtonda baş tutmadı. Amma yenə də biz sülhün mümkün olduğunu düşünürük. Ermənistan da buna cəhd göstərməlidir", - deyə H. Hacıyev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO