Fazil Mustafa Eldar Namazovun atmacasına cavab verdi...

Fazil Mustafa Eldar Namazovun atmacasına cavab verdi...

Hazırda oxunan: Fazil Mustafa Eldar Namazovun atmacasına cavab verdi...
120767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Millət vəkili Fazil Mustafa politoloq Eldar Namazovun onun barəsində səsləndirdiyi ittihama Moderator.az-a açıqlamasında cavab verib:

"Eldar Namazovun Heydər Əliyevin tapşırığı ilə AXCP - dəki öz tay-tuşları ilə münasibət yaratmasını mən bir neçə mötəbərliyinə güvəndiyim şəxslərdən eşitmişəm və dəqiqliyinə əminəm. Ancaq təəssüf ki, həmin şəxslərin özləri açıqlamadığı təqdirdə adlarını  çəkməyim etik cəhətdən doğru sayılmaz. Qaldı mənim 3-cü dəfə parlamentə  seçilməyimə, hər kəs tam əmin ola bilər ki, kiminləsə danışıq aparmamışam, seçicinin səsini  qazanmışam, əgər xüsusi olaraq  seçilməyimə mane olmayıblarsa, bunu öz  problemim saymıram. 
Ümumiyyətlə, bu tip insanlarda belə bir təsəvvür var  ki, guya tam demokratik seçki keçirilərsə, bunlar bizə rahatlıqla qalib gələ bilərlər. Bu da real gücümüzü və cəmiyyətdəki dəstəyimizi dərk  etməməkdən irəli gəlir. Eldar Namazovlar xarici təşkilatların çətiri  olmadan həqiqətən çox çılpaqdırlar, ümid edirəm ki, gələcəkdə istənilən  sağlam rəqabət şərtlərində bunu isbatlamaq bizə çətin olmaz. Diqqət  edin, ATƏT-in çətiri çəkilib, ABŞ səfirliyinin çətiri çəkilib, bu  adamlar artıq mübarizənin heç bir cinahında yoxdurlar. Bu adamların nə  keçmişləri, nə də gələcəkləri var, istər iqtidarda, istər də müxalifətdə  olsunlar, Azərbaycan üçün zərərli insanlar olduqlarına qətiyyən şübhəm  olmayıb.  Eldar Namazova da Heydər Əliyevin rəsmi köməkçisi kimi də, Əli  Kərimlinin qeyri-rəsmi köməkçisi kimi də həmişə yanaşmam bu cür olub."

Xatırladaq ki, millət vəkili Fazil Mustafa politoloq Eldar Namazovu vaxtilə Əli Kərimli ilə hökumət arasındakı danışıqlara Eldar Namazovun vasitəçilik etdiyini bildirməsinə sonuncu aşağıdakı şəkildə etiraz bildirmişdi:

 “Mən heç kimlə danışıq aparmamışam, vasitəçi olmamışam. 1999-cu ildə istefa vermişəm, Fazil Mustafa isə 2000-ci ildən danışır. Fazil Mustafanın özü qoy desin ki, 3-cü dəfədir parlamentdə necə təmsil olunub, kimlə danışıqlara gedərək mandata yiyələnib?”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO