İranın vitse-prezidenti buna görə xalqdan ÜZR İSTƏDİ

İranın vitse-prezidenti buna görə xalqdan ÜZR İSTƏDİ

Hazırda oxunan: İranın vitse-prezidenti buna görə xalqdan ÜZR İSTƏDİ

637282

Bu gün İranın vitse-prezidenti Məhəmmədrza Arif ölkədə bahalaşma və əhalinin gəlirləri ilə xərcləri arasındakı fərqlə bağlı xalqdan üzr istəyib.

Bizim.Media bu barədə "Snn.ir"ə istinadla xəbər verir.

Arif bildirib ki, hazırda İranın ən ciddi problemlərindən biri bahalaşmadır. Onun sözlərinə görə, bu problemin həlli üçün yalnız bir neçə rəhbərin qərarı kifayət etmir və məsələ ilə bağlı ekspertlər və alimlər arasında ümumi razılıq əldə olunmalıdır.
 

Vitse-prezident xüsusilə maaşla dolanan insanların vəziyyətinə diqqət çəkib: “Biz həqiqətən xalqımızdan üzr istəyirik. Xüsusilə də maaşla dolanan insanların gəlir və xərclərinin bir-birini qarşılamamasından utanırıq”.


Arif qeyd edib ki, yüksək inflyasiya şəraitində maaşların 5 və ya 20 faiz artırılması insanların xərclərini qarşılamaq üçün kifayət etmir. O bildirib ki, hazırkı vəziyyətdə gələcək nəsilləri borclandırmaq və təbii sərvətləri tükətmək də düzgün yanaşma deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO