Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Hazırda oxunan: Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

631209

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın yaradılmasının 25-ci ildönümü proqramında çıxış edib.

Bizim.Media xəbər verir ki, Ərdoğan AK Partiyanın dörddə bir əsri, özünün də siyasətdə 50 il geridə qoyduğunu deyib.

Ərdoğan fəaliyyətini davam etdirəcəyini də açıqlayıb:

“Allah ömür və sağlamlıq versə, daha uzun illər Türkiyəyə xidmət mübarizəsinin içində olacağam. Əziz millətimin duası və rəğbəti ilə, inşallah, bu ölkə üçün eşqlə çalışmağı davam etdirəcəyəm. Bu can bu bədəndə olduğu müddətdə bu sevdamız bitməyəcək”.
 
Türkiyə Prezidenti hakimiyyətdə olduqları müddətdə əldə edilən nəticələrdən danışaraq xalqdan aldıqları səlahiyyəti və dövlətin imkanlarını ölkənin böyüməsi və güclənməsi üçün istifadə etdiklərini vurğulayıb.

“İqtisadiyyat, səhiyyə, təhsil və nəqliyyat sahələrində Türkiyə tarixinin ən böyük investisiyalarını və layihələrini həyata keçirdik. ‘Edə bilməzlər’ dedilər, etdik, həm də ən yaxşısını etdik”
 

Ərdoğan iqtisadi göstəricilərə də toxunub: “36 milyard dollar olan illik ixracımız iyunda 278 milyard dollara çatdı. Milli gəlirimiz 240 milyard dollardan 1 trilyon 600 milyard dollara yüksəldi. Dünyanın 21-ci böyük iqtisadiyyatı olan Türkiyə 2025-ci ildən etibarən dünyada 16-cı, Avropada isə 6-cı yerə yüksəldi”.


Prezident enerji sahəsində əldə olunan nəticələrdən də danışıb. Onun sözlərinə görə, əvvəllər terrorun geniş yayıldığı Gabar bölgəsində hazırda gündəlik 83 min barel neft hasil edilir. Qara dənizdə aşkarlanan təbii qaz isə artıq milyonlarla evdə istifadə olunur.

Ərdoğan Türkiyənin avtomobil və müdafiə sənayesində əldə etdiyi nəticələri də xüsusi vurğulayıb:

“Başqalarının istehsal etdiyi avtomobillərə həsrətlə baxmırıq, Togg-u gördükcə qürur duyuruq. Piyada tüfəngini belə xaricdən alan bir ölkəni öz hərbi gəmisini, pilotsuz uçuş aparatını, helikopterini, tankını, raketini və sualtı qayığını istehsal edən ölkəyə çevirdik”.
Türkiyə Prezidenti Ayasofyanın yenidən ibadətə açılmasına da toxunub: “Ayasofyanın qapısına vurulan zəncirləri qıracağıq dedik, Fatehin əmanəti Ayasofya-i Kebir Cami-i Şerifi yenidən ibadətə biz açdıq”.

Ərdoğan qarşıdakı dövr üçün də iddialı mesajlar verib:

“Dörddə bir əsrdə böyük işlər gördük, amma bitmədi. Heç vaxt da bitməyəcək. Heç kim bizdən yorulmağımızı gözləməsin. Daha yeni başlayırıq. Türkiyəni bu hərəkat, bu kadrlar, bu gənclər, onların övladları və nəvələri, inşallah, əvvəlcə 2053-ə, sonra isə 2071-ə aparacaq”.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO