Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silindi – Foto

Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silindi – Foto

Hazırda oxunan: Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silindi – Foto
648558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin saytlarında yerləşdirilən Konstitusiya mətnlərində Müstəqillik Bəyannaməsinə keçid xətası yaranıb.

Bizim.Media xəbər verir ki, mətnlərdəki aktiv keçid vasitəsilə sənədə daxil olmaq mümkün deyil. Hər iki halda keçid Ermənistan parlamentinin saytına yönləndirir və orada “404” xətası göstərilir.

Bu barədə @Arm_Aeternum7 yazıb.

Müəllif Ermənistan Xarici İşlər Nazirliyinin saytında “Dağlıq Qarabağ münaqişəsi” bölməsinin də iki ildən artıqdır ki, “texniki xəta” səbəbindən mövcud olmadığını xatırladıb.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad mövcuddur.  Azərbaycan tərəfi isə bu sənəddə ölkəmizə qarşı ərazi iddialarının əks olunduğunu bildirərək Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini tələb edir.

Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silindi – Foto - foto 1
Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silindi – Foto - foto 2
Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silindi – Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO