Alim Qasımovun ifası dünyaca məşhur GTA oyununda – Video

Alim Qasımovun ifası dünyaca məşhur GTA oyununda – Video

Hazırda oxunan: Alim Qasımovun ifası dünyaca məşhur GTA oyununda – Video
648548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımovanın ifası dünyaca məşhur "GTA 6" ("Grand Theft Auto VI") videooyununda yer alıb.

Bizim.Media Minval-a istinadən xəbər verir ki, oyunun radio efirində kanadalı müğənni Nelli Furtadonun məşhur "Say It Right" hitinin Alim və Fərqanə Qasımovaların muğam üslubunda səsləndirdiyi kaver versiyası yayımlanır.

Sözügedən kompozisiya oyunun rəsmi radiostansiyalarından biri olan "Kaleidoscope FM"in pleylistinə daxil edilib.

Qeyd edək ki, oyunsevərlərin 13 ildir gözlədiyi "GTA 6" bu gün, noyabrın 19-da rəsmi olaraq satışa çıxarılıb. Artıq milyonlarla oyunçu Vays-Siti (Vice City) kəşf etməyə başlayıb.

Azərbaycanlı dinləyicilər üçün isə bu virtual səyahətdə məşhur muğam ustalarımızın dünya hitinə verdiyi unikal nəfəs xüsusi sürpriz olub. Xatırladaq ki, Alim və Fərqanə Qasımovalar bu kaveri illər əvvəl Azərbaycan televiziyasında yayımlanan "Bizimkilər" layihəsi çərçivəsində ifa etmişdilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO