Ukrayna ordusu yenə Kerç körpüsünə zərbə endirdi - Dəmir yolu xətti də zədələndi

Ukrayna ordusu yenə Kerç körpüsünə zərbə endirdi - Dəmir yolu xətti də zədələndi

Hazırda oxunan: Ukrayna ordusu yenə Kerç körpüsünə zərbə endirdi - Dəmir yolu xətti də zədələndi
0:00 / 0:00
648626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Hərbi-Dəniz Qüvvələrinin “Neptun” sahil raket kompleksləri Krım körpüsünə raket zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, dəmir yolu xətti zədələnib.

Bu körpü Rusiya ordusunun cənub istiqamətindəki qoşun qruplaşmalarını yanacaq, döyüş sursatı və texnika ilə təchiz etdiyi əsas quru nəqliyyat marşrutudur. Rusiya bu körpünü inşa etdikdən sonra illər ərzində onun vurulmasının mümkün olmadığını və toxunulmaz olduğunu iddia edib.

Baş Qərargahın məlumatında qeyd olunub ki, Kerç keçidi Moskvanın cəbhəni təmin edən zəncirinin yalnız bir halqasıdır. Müdafiə Qüvvələri addım-addım Rusiyanın digər hərbi logistika imkanlarını da zəiflədir.

Əvvəlki zərbələrin nəticələrinə dair məlumatlara əsasən, daha üç avtomobil körpüsünün yol örtüyünün zədələndiyi təsdiqlənib. Bunlar Luqansk vilayətinin Prişib rayonu yaxınlığında Şimali Donets çayı, Taqanroq yaxınlığında Mius çayı və Rostov vilayətinin Lakedemonovka rayonu yaxınlığında Mius limanı üzərindəki körpülərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO