
- A-
- A
- A+
Paşinyan: “Moskvaya səfərim zamanı Putinlə dəmir yolları məsələsini müzakirə edəcəm”
Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolları məsələsinin Rusiya Prezidenti Vladimir Putinin Moskvaya səfəri zamanı müzakirə ediləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Paşinyan qeyd edib ki, Rusiya Dəmir Yolları (RJD) şirkətinin rəhbəri Ermənistana səfər edərkən ondan konkret cavablar tələb edib və bu məsələ ilə bağlı işçi qrupu yaradılıb.
“RJD rəhbəri gələndə dedim ki, bizə konkret cavablar lazımdır və bunun üçün işçi qrupu yaradılıb. Əslində, məsələ birdir: Rusiya Dəmir Yolları Ermənistanın dəmir yollarını lazımi rəqabətqabiliyyətlilik səviyyəsinə çatdırmaq üçün tələb olunan həcmdə investisiya yatırmağa hazırdırmı?
Əgər Rusiya tərəfi buna hazırdırsa, çox yaxşı. Əks halda, Ermənistan yeni investorlar tapmalıdır”, – deyə Paşinyan bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































