Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

Hazırda oxunan: Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
648589
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilmiş dinləmələrdə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirilməsindən dərin təəssüf hissi keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

“Bildirilib ki, İcma əvvəllər də sözügedən Komissiyanın dinləmələrində Azərbaycana qarşı düşmən münasibəti, azərbaycanlıların pozulmuş hüquqlarına etinasızlığı və dini zəmində ayrı-seçkiliyi kəskin tənqid edib. Eyni zamanda, dinləmələrdə iştirak edən “Christian Solidarity International” təşkilatının Azərbaycan əleyhinə qərəzli fəaliyyəti ilə bağlı narahatlıq ifadə edilib.

“Təəssüf ki, budəfəki dinləmələr də əvvəlki qərəzli yanaşmanın davamı olub. Tədbirdə Azərbaycan əleyhinə ittihamların səsləndirilməsi, bunun müqabilində Ermənistandan zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqlarına, onların doğma yurdlarına qayıdışı məsələsinə, eləcə də onların dağıdılmış mədəni və dini irsinə yer ayrılmaması açıq-aşkar ikili standartların təzahürüdür.

Məsələlərin tarixi ədalət və beynəlxalq hüquq əsasında deyil, dini təəssübkeşlik baxımından təqdim edilməsi, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərdiyini iddia edən qurumların obyektivliyini ciddi sual altına qoyur.

Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını və “Christian Solidarity International” təşkilatını qərəzli yanaşmadan və ikili standartlardan əl çəkməyə çağırır. Biz, eyni zamanda, Tom Lantos Komissiyasını gələcəkdə regionumuzla bağlı təşkil ediləcək dinləmələrə Qərbi Azərbaycan İcmasını da dəvət etməyə və onun da mövqeyini dinləməyə çağırırıq”, - deyə İcmanın bəyantında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO