
- A-
- A
- A+
Astarada elektrik dirəyi aşdı: 4 baş mal-qara tələf oldu – Foto
Astara rayonunda yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində 4 baş iribuynuzlu mal-qara tələf olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Əzərüd kəndində baş verib. Aşan dirəkdən qırılan elektrik xətlərinin mal-qaranı cərəyan vurması nəticəsində heyvanlar tələf olub.
Mal-qaranın sahibi Sona Rəşidova bildirib ki, elektrik dirəkləri uzun müddətdir qəzalı vəziyyətdə olub və sakinlər bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin müraciətlərə baxmayaraq, problem aradan qaldırılmayıb.
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən isə bildirilib ki, ərazidəki transformator kənd məktəbinin balansındadır və həmin xətlər məktəbi elektrik enerjisi ilə təmin edir.
Qurumun açıqlamasına görə, məktəbə cavabdeh olan təşkilat müraciət edəcəyi təqdirdə dirəklərin yeri dəyişdirilə bilər.
Qeyd edək ki, hadisə nəticəsində vətəndaşa 9 min manat maddi ziyan dəyib.
Sabutay, Bizim.Media, Cənub bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































