
- A-
- A
- A+
İlon Mask oğlundan soruşdu: “Çini sevirsən?” – Cavabı viral oldu
Dünyanın ən tanınmış milyarderlərindən biri olan İlon Mask Çinə səfəri zamanı kiçik oğlu İkslə dialoqu ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Mask oğlundan “Çini sevirsən?” deyə soruşub. Oğlunun “Bəli” cavabından sonra Mask Çinin demək olar ki, hər şeyi istehsal etdiyini vurğulayaraq ölkəni oğlu üçün “oyuncaq cənnəti” adlandırıb.
O bildirib ki, oyuncaqları Çində istehsal olunduğuna görə oğlu bu ölkəyə daim səfər etmək istəyir.
Xatırladaq ki, Tesla və SpaceX şirkətlərinin baş direktoru İlon Mask 6 yaşlı oğlu X Æ A-Xii-ni Çinin Şençjen şəhərində Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının sədri Ren Hunbinlə görüşə aparıb.
Görüş zamanı oğluna tərəf dönən Mask ondan “Çini sevirsən?” deyə soruşub. Balaca İks isə “Bəli” cavabını verib.
Oğlunun cavabından sonra Mask belə deyib:
“Çin demək olar ki, hər şeyi istehsal edir. Bura onun üçün, demək olar ki, oyuncaq cənnətidir, çünki oyuncaqlar burada istehsal olunur. Buna görə də o, daim Çinə gəlmək istəyir”.
Maskın sözləri Çinin dünya oyuncaq istehsalındakı güclü mövqeyinə də diqqət çəkib.
Görüş zamanı Mask Çinə heyranlığını ifadə edərək ölkənin şəhərlərini, təbii gözəlliklərini və nəqliyyat infrastrukturunu tərifləyib.
Çinə səfərin əhəmiyyətindən danışan milyarder bildirib ki, ölkəni həqiqətən anlamaq üçün ora gedib hər şeyi öz gözləri ilə görmək lazımdır.
Mask ABŞ və Çin arasında əməkdaşlığın hər iki ölkəyə fayda verəcəyini də qeyd edib.
Yeri gəlmişkən, İlon Maskın oğlu İks may ayında da atası ilə birlikdə Pekindəki Xalq Məclisinin binasını ziyarət edib.
Ənənəvi Çin geyimində və üzərində pələng təsviri olan çanta ilə diqqət çəkən balaca İksin görüntüləri Çin mətbuatında geniş işıqlandırılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































