
- A-
- A
- A+
Yalta 2.0 baş tutmadı: Tramp, Si və Putinin görüşü niyə diplomatik illüziya oldu?
ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşü gözlənilən tarixi razılaşma ilə nəticələnməyib.
Bizim.Media xəbər verir ki, Rusiyada “Yalta 2.0” adlandırılan görüş 1945-ci ildə keçirilmiş Yalta konfransı ilə müqayisə edilsə də, tərəflər arasında ortaq siyasi mövqe formalaşmayıb.
Təxminən bir saat yarım davam edən görüşdə liderlər beynəlxalq nizamla bağlı fərqli yanaşmalarını ortaya qoyublar.
Si Cinpin qlobal sabitlik və böyük dövlətlərin əməkdaşlığından, Putin İkinci Dünya müharibəsindəki müttəfiqlikdən və BMT-nin yaradılmasından, Tramp isə Ukrayna müharibəsi, nüvə silahlarının azaldılması və İran məsələsindən danışıb.
Üç ölkənin liderləri sülhün vacibliyini vurğulasalar da, onların bu anlayışa yanaşmaları fərqli olub.
Ukrayna müharibəsinin həlli, ərazi məsələləri, təhlükəsizlik təminatları və nüvə silahlarına nəzarət kimi əsas problemlər üzrə konkret razılaşma əldə olunmayıb.
“Yalta 2.0”ın baş tutmamasının səbəbi görüşün qısa çəkməsi deyil, üç dövlətin gələcəkdə hansı dünya nizamını qurmaq barədə hələ də ortaq mövqeyə malik olmamasıdır. (Mənbə: Minval.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































