Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olundu - Foto

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olundu - Foto

Hazırda oxunan: Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olundu - Foto
0:00 / 0:00
648629
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəngilan rayonu Cahangirbəyli kəndinə növbəti köç karvanı ilə gələn ailələrə yeni mənzillərin açarları təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu mərhələdə kəndə 19 ailə olmaqla ümumilikdə, 75 nəfər köçürülüb.

Ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır.

Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub.

Kənddaxili yollar da asfaltlanıb. Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu da yer alır.

Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.

Cahangirbəyli qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlarda doğma yurdlarına qayıdan sakinlər təbrik olunub, onlara yeni yaşayış yerlərində xoş günlər və firavan həyat arzulanıb.

Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən dövlət qayğısından, yeni mənzillərdə yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı və uzun ömür arzulayıblar.

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olundu - Foto - foto 1
Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olundu - Foto - foto 2
Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olundu - Foto - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO