Tarixi görüşdə Sülh haqqında Bəyannamə qəbul edildi – Tam mətn

Tarixi görüşdə Sülh haqqında Bəyannamə qəbul edildi – Tam mətn

Hazırda oxunan: Tarixi görüşdə Sülh haqqında Bəyannamə qəbul edildi – Tam mətn
0:00 / 0:00
648598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.

Bizim.Media xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib.

Bəyannamə 4 bənddən ibarətdir.

Sənəddə deyilir ki, üç dövlət başçısı tədiqləyib ki, nüvə müharibəsində qalib ola bilməz. Liderlər nüvə müharibəsinin qazanıla bilməyəcəyini və heç vaxt aparılmamalı olduğunu bir daha təsdiqləyib. Üç ölkə nüvə risklərinin azaldılması və bu cür silahların yayılmasının qarşısının alınması istiqamətində dialoq aparacaqlar.

Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli cavab verə bilməsi üçün onun islah edilməsinə sadiq olduqlarını bildiriblər.

Bəyannamədə həmçinin qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün islahat aparmaq öhdəliklərini ifadə ediblər.

“Üç dövlət bütün ölkələrin rifahı üçün emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının vacibliyini bir daha təsdiqləyiblər.
Üç dövlət başçısı dövlətlərin razılığı prinsipinin və dövlətlərin rəsmi şəxslərinin toxunulmazlıqlarına hörmətin fundamental olduğunu qeyd edir və Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməsi barədə razılığa gəliblər”, deyə sənəddə bildirilib.

Qeyd edək ki, bu gün Şençjendə keçirilən APEC sammiti çərçivəsində Putin, Tramp və Si Cinpin arasında tarixi danışıqlar baş tutub.

Liderlər mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və qlobal sabitlik ilə təhlükəsizliyi qoruyub saxlamaq barədə öhdəlik götürüblər.

Tarixi görüşdə Sülh haqqında Bəyannamə qəbul edildi – Tam mətn - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO