Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Hazırda oxunan: Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər
0:00 / 0:00
648633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi şəhər stadionunda beynəlxalq oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi oyunla bağlı danışarkən deyib.

Nazir xatırladıb ki, Xankəndi azad edildikdən sonra stadionda ilk oyun 2023-cü il dekabrın 21-də keçirilib. Həmin vaxt Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” və MOİK komandaları qarşılaşıblar: 

“Bundan sonra Prezidentin tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə arenanın açılışı oldu. Artıq “Xankəndi” komandası ilk ev oyununu bu stadionda keçirir. Tribunalara çoxlu sayda azarkeşin toplaşması hamımız üçün sevindirici haldır. Çoxdan gözlədiyimiz bir gün idi. Onu da qeyd edim ki, MOİK də gələn ildən ev oyunlarını bu stadionda keçirməyə qərar verib. 

Stadion UEFA-nın müvafiq kateqoriyasını almaq üçün hazırdır. Burada beynəlxalq standartlara uyğun hər cür şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə, AFFA ilə razılaşdırılmaqla, milli komandamız da ev oyunlarını burada keçirə bilər. UEFA turnirlərinin matçlarının təşkili də mümkündür”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO