
- A-
- A
- A+
İtaliya klubu itlə rəsmi müqavilə bağladı - Foto
İtaliya çempionatının ikinci divizionunda mübarizə aparan "Empoli" futbol klubu itlə rəsmi müqavilə bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat klubun rəsmi internet səhifəsində yayılıb.
"Mauyi" ləqəbli it peşəkar futbolçularda olduğu kimi, müqavilə imzalama prosedurundan keçərək "Empoli"nin rəsmi maskotu statusunu alıb.
Yeni "transfer"in boynuna klubun şərfi asılıb və onun iştirakı ilə xüsusi fotosessiya təşkil edilib.
İmzalanmış razılaşma itin statusunu rəsmiləşdirib: bundan sonra o, müxtəlif tədbirlərdə iştirak edəcək, tribunalarda və kütləvi informasiya vasitələrində görünəcək, həmçinin komandanın canlı rəmzi rolunu oynayacaq.
Qeyd edək ki, hazırda "Empoli" İtaliya B Seriyasında təhlükəli zonada qərarlaşıb - komanda ölkə çempionatında keçirdiyi 11 oyundan sonra aktivinə cəmi doqquz xal yazdıra bilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































