Əməkdar artist: "Qadının ən böyük düşməni elə qadındır"

Əməkdar artist: "Qadının ən böyük düşməni elə qadındır"

Hazırda oxunan: Əməkdar artist: "Qadının ən böyük düşməni elə qadındır"
648585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, müğənni qadınlar arasında dostluq münasibətlərinə dair fikirlərini bölüşərək izləyicilərinə xəbərdarlıq edib.

Sənətçi bildirib ki, hər zaman xoş münasibət göstərən insanlara dərhal etibar etmək doğru deyil. O, qadınları yaxın rəfiqələrinin davranışlarına qarşı diqqətli olmağa çağırıb.

Nigar Şabanova paylaşımında bu fikirləri ifadə edib:

"Qızlar, hər üzünüzə gülüb can yandırırmış kimi özünü göstərən qızları dost sanmayın. Mütləq qarşılığında özünə nə xeyirdirsə, onun üçün edir. Qadının ən böyük düşməni elə qadındır. Kişi dostundan ziyan gəlməz. Başınıza nə gəlirsə, çox vaxt elə ən yaxın rəfiqənizdən bilin".

Əməkdar artist paylaşımına əlavə olaraq, "Mənim quyumu qazan, gözəl özün düşdün o quyuya, illərimi zəhər edən" sözlərini də yazıb. Onun bu ifadələri kimə ünvanladığı isə məlum deyil. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO