Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Hazırda oxunan: Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?
648541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Baku TV”nin efirində yayımlanan “Aktual Gündəm” verilişinin qonağı olub. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsiri ətrafında müzakirənin aparıldığı veriliş zamanı "TikTok" platformasının auditoriya genişliyi, bilgi istehlakında yaratdığı tendensiyalar, həmçinin sosial media istifadəçilərinin məsuliyyəti, kontent istehsalının xüsusiyyətləri və ənənəvi medianın yeni rəqəmsal reallıqlara uyğunlaşmasının vacibliyi kimi məsələlərə toxunulub.

H.Heydərlinin verilişdə üzərində dayandığı başlıca məqam isə budur ki, hazırda sosial şəbəkələr ictimai rəyi formalaşdıran, bütövlükdə gündəmi müəyyənləşdirən, ən əsası informasiya mübarizəsinin aparıldığı mühüm məkandır.

Onların cəmiyyətə, ayrı-ayrı vətəndaş qruplarına təsir imkanları göstərir ki, media qurumları və jurnalistlər mövcud reallığa adekvat davranmalı, auditoriyanın dəyişən vərdiş və tələbatlarını düzgün qiymətləndirməli, bu məkanda daha fəal və peşəkar təmsilçilik aparmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO