Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşıb

Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşıb

Hazırda oxunan: Qırmızı Ürəklər Fondunun “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşıb
648619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi “Zəfər Payı” xeyriyyə aksiyası uğurla yekunlaşıb. Aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketləri təqdim olunaraq onların gündəlik ehtiyaclarının qarşılanmasına dəstək göstərilib.

Xeyriyyə təşəbbüsü çərçivəsində 150 ailə üçün nəzərdə tutulan ərzaq paketlərinin xərcləri “NORM Sement” şirkətinin dəstəyi ilə qarşılanıb. Digər 150 ailəyə təqdim olunan ərzaq paketləri isə Birbank filiallarında yerləşdirilən ianə qutuları vasitəsilə toplanan vəsait hesabına hazırlanıb. Beləliklə, şirkət dəstəyi ilə yanaşı, vətəndaşların könüllü ianələri də aksiyanın əhatə dairəsinin genişlənməsinə və daha çox ailəyə yardım göstərilməsinə töhfə verib.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO