Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto

Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto

Hazırda oxunan: Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto
0:00 / 0:00
648594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar şəhərindəki mərkəzi bazarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxıb.

Bizim.Media-nın yerli bürosuna daxil olan məlumata görə, ötən gün ədədi 50 qəpiyə satılan kənd yumurtası bu gün 10 qəpik bahalaşıb.

Bildirilir ki, bazarda kənd yumurtası tapılmır və yaranan qıtlıq səbəbindən qiymət artıb.

Qusar bazarında kənd yumurtasının bu gün 60 qəpik olmasını Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev də təsdiqləyib. 

O bildirib ki, bu vəziyyət kəndlərdə toyuqların əsasən bakterioz xəstəliyinə tutularaq tələf olması, toyuqların sayının kəskin azalması və mövcud olanların da qış dövründə az yumurta verməsi ilə bağlıdır.

Onun sözlərinə görə, bu vəziyyət yanvarın sonunadək davam edə və yumurtanın qiyməti daha da arta bilər. Xələf Babayev əlavə edib ki, qurum olaraq onlar bazar qiymətlərinə müdaxilə etmirlər, yalnız gündəlik olaraq kənd təsərrüfatı məhsullarının qiymətləri barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verirlər.

Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto - foto 1
Qusarda kənd yumurtasının qiyməti 60 qəpiyə qalxdı – Foto - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO