Xəzər dənizi sahil xəttindən 800 metrə qədər geri çəkilib - Rəsmi

Xəzər dənizi sahil xəttindən 800 metrə qədər geri çəkilib - Rəsmi

Hazırda oxunan: Xəzər dənizi sahil xəttindən 800 metrə qədər geri çəkilib - Rəsmi
648549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizində mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var.

Bizim.Media  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin" İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.

O qeyd edib ki, 2016-cı ilin avqustun 24-də Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən olunmuşdu:

"Biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunub və mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Sahil zolağı, sahil boyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq".

Fərid Cəfərov bildirib ki, bu gün mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var:

"Bu da kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır". (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO