Nəriman Qocatürkün son məktubu üzə çıxdı - Nələr yazıbmış...

Nəriman Qocatürkün son məktubu üzə çıxdı - Nələr yazıbmış...

Hazırda oxunan: Nəriman Qocatürkün son məktubu üzə çıxdı - Nələr yazıbmış...
0:00 / 0:00
648623
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanov (Qocatürk) intihar edibmiş.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, Nəriman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb.

Müraciət ötən gün, axşam saatlarında Prezidentə ünvanlanıb. N.Süleymanov 12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını bildirib.

Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.

N.Qocatürk yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər.

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim. Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin. Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qoysun”, - N.Qocatürk yazıb.

Qeyd edək ki, Nəriman Qocatürk ötən gün dünyasını dəyişib.

O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı idi.

Cütlüyün iki oğlan övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO