
- A-
- A
- A+
Si Cinpin: “Böyük dövlətlər arasında qarşıdurma dünyada xaos yaradır”
Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşdə dünya siyasətində böyük dövlətlər arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Si Cinpinin sözlərinə görə, hazırkı dünyanı sakit adlandırmaq mümkün deyil və ABŞ, Çin və Rusiya planetdə sülhün qorunması üçün birgə fəaliyyət göstərməlidirlər.
O bildirib ki, böyük dövlətlər arasında müsbət qarşılıqlı əlaqələrin qurulması üçün bir neçə mümkün variantdan biri ən yaxşısı seçilməlidir.
Çin lideri qeyd edib ki, Çin, Rusiya və ABŞ qlobal problemlərin həllində əməkdaşlıq etməli, bütün dünyada sülh və sabitliyin təmin olunması üçün birgə səylər göstərməlidirlər.
“Böyük dövlətlər arasında razılıq olduqda dünyada sülh hökm sürür, onlar münaqişə etdikdə isə dünyada xaos yaranır”, – deyə Si Cinpin bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































