Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto

Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto

Hazırda oxunan: Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto
0:00 / 0:00
648638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.
 

Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.


Sonra toplanışın proqramına uyğun olaraq şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar, hərbi-texniki vasitələr barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək, eləcə də müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək.

Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto - foto 1
Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto - foto 2
Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto - foto 3
Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto - foto 4
Hərbi vəzifəlilərin təlim toplanışı başladı - Foto - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO