Təbrizdə azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildi

Təbrizdə azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildi

Hazırda oxunan: Təbrizdə azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildi
648551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı hücum baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Hadisə nəticəsində məhkəmə hakimi İbrahim Sadiqi, həyat yoldaşı və kiçik oğlu öldürülüb.

Məlumata görə, silahlı şəxs avtomobildə olan Sadiqiyə və ailə üzvlərinə atəş açıb. Əslən Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsindəki Bəhərbəyli kəndindən olan Sadiqi Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində məhkəmə hakimi vəzifəsində çalışıb.

İnsident zamanı hakimin həyat yoldaşı və oğlu küçədə olublar. Hər ikisi hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra qatil restoranda olan azyaşlı qızı da güllələyərək yaralayıb.

Hücum edən şəxsin kimliyi hələ açıqlanmayıb. Məlumata əsasən, o, hadisədən sonra özünü vursa da, sağ qalıb. Yaralı vəziyyətdə saxlanılan şəxs polis nəzarəti altında xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO