
- A-
- A
- A+
2035-ci ilədək dünyada müsəlmanların sayı xristianları üstələyəcək
Dünyada müsəlmanlar ilk dəfə tarixdə xristianları sayca üstələyərək ən böyük dini qrupa çevrilə bilərlər.
Bizim.Media xəbər verir ki, bu, ABŞ-ın “Pew Research Center” tədqiqat mərkəzinin noyabrın 18-də dərc etdiyi yeni araşdırmada əksini tapıb.
Araşdırmaya görə, 2020-ci ildə dünyada təxminən 2,27 milyard xristian və 2,02 milyard müsəlman olub.
Mövcud demoqrafik tendensiyalar davam edərsə, 2035-ci ildə müsəlmanların sayının 2,57 milyarda, xristianların sayının isə 2,52 milyarda çatacağı proqnozlaşdırılır.
2070-ci ilə qədər bu fərqin daha da artacağı gözlənilir. Həmin dövrdə müsəlmanların sayının 3,64 milyarda, xristianların sayının isə 2,96 milyarda çatacağı ehtimal edilir.
Tədqiqatçılar bu artımın əsas səbəblərini müsəlmanlar arasında doğum səviyyəsinin daha yüksək olması və əhalinin yaş strukturunun daha gənc olması ilə əlaqələndirirlər.
Araşdırmada bildirilir ki, 2020–2025-ci illərdə müsəlman qadınların hər birinə orta hesabla 3,1, xristian qadınların hər birinə isə 2,5 uşaq düşüb.
Proqnoza əsasən, 2070-ci ilə qədər Pakistan İndoneziyanı geridə qoyaraq dünyanın ən çox müsəlman əhalisi olan ölkəsinə çevrilə bilər. ABŞ-da isə xristianların sayının 217 milyondan 174 milyona qədər azalacağı gözlənilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































