Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO
648609
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən “İnterturan” mebel mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, köçürmə yolları müxtəlif materiallarla tutulub, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Qeyd olunub ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, “İnterturan” mebel mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.



Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 1

Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 2

Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırıldı – FOTO/VİDEO - foto 3

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO