Paşinyanı Moskvada NƏ GÖZLƏYİR? - Putinin ona çoxlu sualları var...

Paşinyanı Moskvada NƏ GÖZLƏYİR? - Putinin ona çoxlu sualları var...

Hazırda oxunan: Paşinyanı Moskvada NƏ GÖZLƏYİR? - Putinin ona çoxlu sualları var...

191051

Bu gün Moskvaya yola düşən Ermənistanın baş naziri Nikol Paşinyanı məhsuldar və gərgin gün gözləyir. O, uzun müddətdir ki, Putinlə təkbətək görüşdən qaçsa da sonda istədiyinə nail ola bilmədi.

Bizim.Media “Bakinskiy burila” teleqram kanalına istinadən xəbər verir ki, Moskvada bu gün Avrasiya İqtisadi Birliyinin (AİB) sammiti keçiriləcək.

Ermənistan hazırda bu quruma sədrlik edir. Səfər çərçivəsində onun Rusiya lideri ilə ikitərəfli görüşü də nəzərdə tutulub. 

Paşinyanı isə həmin görüşdə yaxşı heç nə gözləmir.

Yeri gəlmişkən, AİB-in sammitində Vovayeviç növbəti sammitin yerini və vaxtını təklif etməli olacaq. 

Rusiya hələ də AİB-nin, Ermənistan isə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. 

Bu isə o deməkdir ki, Vladimir Putin orada qətiyyən xoş qarşılanmır. 

Bəs onda sammit harada keçiriləcək? Yoxsa Paşinyan özündə cəsarət tapacaq ki, həmkarlarını Putinsiz Ermənistana dəvət edəcək? Özü də bu dəvət Rusiya liderinin gözü qarşısında olacaq.

Putinlə ikitərəfli görüşü bundan da maraqlı olacaq. Belə ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dünən söhbətin birbaşa və mürəkkəb olacağına eyham vurub. 

Görünür, Vovayeviçdən KTMT-yə üzvlüklə və Moskvanın davamlı tənqidi ilə bağlı izahat istəniləcək.

Ümumiyyətlə, iki lider arasında gərginlik göz qabağındaır. 

Paşinyan isə hazırda təyyarə ilə Moskvaya uçur və bu qaçılmaz səfərin onun üçün necə bitəcəyini yaxın saatlarda bilinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO