"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı

"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı

Hazırda oxunan: "Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı
595552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ulduz futbolçusu Kriştiano Ronaldonun tələblərini yerinə yetirməyə başlayıb.

Bizim.Media xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı hücumçuya idarəçilikdəki səhvlərin düzəldiləcəyinə dair təminat verib.

Məlumata görə, yaxın günlərdə klub əməkdaşlarının yığılıb qalan maaş borcları tam ödəniləcək.

Bununla yanaşı, rəhbərlikdə ciddi kadr islahatları gözlənilir. İdarə Heyətinin sədri Abdulla Əl-Majedin istefaya göndəriləcəyi bildirilir.
 

Bundan başqa, Ronaldonun əsas tələblərindən biri də yerinə yetirilir. Belə ki, dekabr ayında klubdan kənarlaşdırılan Joze Semedu və Simao Koutinyonun səlahiyyətləri bərpa olunacaq.


Xatırladaq ki, Ronaldo klubdakı idarəçilikdən narazı olduğu üçün son oyunları boykot etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO