Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Hazırda oxunan: Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi
270339
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Dövlət Dumasının deputatı və keçmiş boksçu Nikolay Valuyev “Ukraynanın ərazi bütövlüyə toxunma” maddəsi ilə ittiham edilərək axtarışa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) yayıb.

Bu ittiham ona qarşı 2022-ci ildə Xmelnitski vilayətinin səlahiyyətləri istiqamətində irəli sürülüb.

Xatırladaq ki, Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub. O, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, yaxud “Rus Evi”nin Bakıdakı filialının bağlanması məsələsi ilə bağlı danışarkən Azərbaycan xalqına qarşı tənqidi, təhqiredici ifadələr işlədib.
 

Onun bu açıqlamaları Azərbaycana və azərbaycanlılara qarşı “təhdid xarakterli” hesab olunub və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tamamilə qəbuledilməz sayılıb.


Bu ifadələrə görə Valuyev Azərbaycana girişinə qadağa qoyulan şəxslər siyahısına daxil edilib. Azərbaycan tərəfi bunu Valuyevin söylədiyi fikirlərin “tamamilə qəbuledilməz” olması ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO