Bu şirkət də elektrik avtomobilləri istehsal edəcək

Bu şirkət də elektrik avtomobilləri istehsal edəcək

Hazırda oxunan: Bu şirkət də elektrik avtomobilləri istehsal edəcək
194092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiyanın “Mitsubishi Electric” şirkəti və qabaqcıl avtomobil hissələri buraxan “Aisin” şirkəti elektrik avtomobillərinin istehsalına dair birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.

Bizim.Media Yaponiya mediasına istinadla xəbər verir ki, tam elektrik və hibrid avtomobillər üçün mühərrik və digər komponentlər istehsal edəcək birgə müəssisədə “Mitsubishi” 66, “Aisin” isə 34 faiz paya sahib olacaq.

“Mitsubishi” avtomobil hissələri biznesindən, o cümlədən yanacaqla işləyən avtomobillər üçün injektorlar istehsalından imtina edərək, resurslarını elektrikli nəqliyyat vasitələrinə yönəltməyi qərar alıb.

Tərəflər ümid edir ki, onların əməkdaşlığı sürətlə inkişaf edən elektrik avtomobili sənayesində rəqabət qabiliyyətini artıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO