Bakının bu ərazisində evlər və obyektlər sökülür – Video

Bakının bu ərazisində evlər və obyektlər sökülür – Video

Hazırda oxunan: Bakının bu ərazisində evlər və obyektlər sökülür – Video
647455
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən evlərin və obyektlərin söküntüsü davam edir.

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, söküntü işləri Əmircan qəsəbəsi ərazisində də aparılır.

Dəmir yolunun mühafizə xəttinə yaxın tikililər sökülür. Amma xüsusilə dəmiryol xəttinin mühafizə zolağına yaxın ərazilərdə obyektləri olan sahibkarlar prosesdən narazıdırlar.

“Biz buradan evimizə çörək aparırdıq. İndi obyektlərimiz sökülür, əvəzində isə heç bir kompensasiya ödənilmir”, -deyə sahibkarlar bildirirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə bildirildi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na əsasən, Bakıxanov-Binə-Qala xəttinin bərpası üzrə də işlərə başlanılıb. Dəmiryol xətti üzrə yol infrastrukturunun təhlili aparılıb, yol layihəsi ilə bağlı işlər tamamlanıb. Bu dəmiryol xətti boyunca mühafizə zonasında yerləşən tikililər üzrə 280-ə yaxın mülkiyyətçi qeydə alınıb, müvafiq protokollar imzalanıb. Hazırda söküntü işləri davam etdirilir, bəzi ərazilərdə isə çəpərləmələrə başlanılıb.

O ki qaldı kompensasiya ödənilməsi məsələsinə, qeyd olundu ki, işlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən aparılır.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO