“İlin sonunadək Azərbaycanla ticarət dövriyyəsini 7,5 milyard dollara çatdıracağıq” - Cahit Bağçı

“İlin sonunadək Azərbaycanla ticarət dövriyyəsini 7,5 milyard dollara çatdıracağıq” - Cahit Bağçı

Hazırda oxunan: “İlin sonunadək Azərbaycanla ticarət dövriyyəsini 7,5 milyard dollara çatdıracağıq” - Cahit Bağçı
168218
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü ilin sonunadək Azərbaycanla ticarət dövriyyəsinin 7,5 milyard ABŞ dollarına çatacağını bildirib.

Bizim.Media xəbər verir ki, bunu səfir bu gün Bakıda keçirilən “Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında bu ilin 10 ayında 6,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb:

“Bu rəqəmi ilin sonunadək 20 % artıracağıq. Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir. Bu münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz Azərbaycanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaqdır və hazırkı rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO