"Azərbaycan Aqroturizm Assosiasiyası" yaradılıb - FOTO 

Hazırda oxunan: "Azərbaycan Aqroturizm Assosiasiyası" yaradılıb - FOTO 
139444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kənd Təsərrüfatı Nazirliyi “Şəhərdən Kəndə” layihəsinə qoşulan fermerlərin iştirakı ilə "Azərbaycan Aqroturizm Assosiasiyası" İctimai Birliyinin yaradılmasına dair təsis görüşü keçirib. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, görüşdə qurumun, eləcə də Dövlət Turizm Agentliyinin, agentlik yanında Azərbaycan Turizm Bürosunun, "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. 

Görüş zamanı "Azərbaycan Aqroturizm Assosiasiyası"nın yaradılmasına təşəbbüs göstərən fermerlər “Şəhərdən Kəndə” layihəsinin ölkəmizdə aqroturizmin inkişafındakı böyük rolunu və bu layihənin dövlət-özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olduğunu vurğulayıb.
Natiqlər ölkəmizin aqroturizm potensialı, hazırkı vəziyyət, inkişaf imkanları və gələcək perspektivləri istiqamətində geniş müzakirələr aparıblar. 

Daha sonra Assosiasiyanın yaradılmasına dair təsis sənədləri imzalanı, qurumun yaxın gələcəkdəki fəaliyyət planı və hədəfləri açıqlanıb.

Səsvermə yolu ilə Assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və sədr seçilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO