Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb - TÜRKPA

Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb - TÜRKPA

Hazırda oxunan: Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb - TÜRKPA
122618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İllər keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb.

Bizim.Media xəbər verir ki, bu fikirlər Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında yer alıb.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı ağlasığmaz qəddarlıqla törədilmiş tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliamından 31 il keçir.
Azərbaycanın Xocalı şəhərinə hücum nəticəsində yüzlərlə günahsız Azərbaycan vətəndaşı, o cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib, girov götürülüb.

İllər keçməsinə baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmayıb, düşüncələrimizdə, qəlbimizdə qalıb. TÜRKPA Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onların ruhuna rəhmət diləyir, Azərbaycan xalqına və hökumətinə dəstəyini davam etdirir", - deyə bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO