“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən hasil olunan qazın HƏCMİ

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən hasil olunan qazın HƏCMİ

Hazırda oxunan: “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən hasil olunan qazın HƏCMİ
120157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək buradan 389,6 mlrd. kubmetr qaz hasil olunub. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 204,6 mlrd. kubmetr, “Şahdəniz”dən isə 185 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 mlrd. kubmetrə yaxın həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunur. 

Qeyd olunur ki, 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 mmlrd. kubmetri “Şahdəniz”dən, 0,8 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 mln. kubmetr artımla qaz hasil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO