İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar

İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar

Hazırda oxunan: İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar
648814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyini tanıyıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Beynəlxalq Ədalət Məhkəməsinin sədri Yuci İvasava Sülh Sarayında Qambiyanın Myanmaya qarşı iddiası üzrə qərarı elan edərkən bildirib.
 

Məhkəmədə qeyd olunub ki, mövcud sübutlar 2017-ci ildə Myanma təhlükəsizlik qüvvələri tərəfindən təxminən 10 min insanın öldürüldüyünü təsdiqləyir. Qərara əsasən, hücumlar zamanı Myanma ordusu məqsədyönlü şəkildə rohinca müsəlmanlarını təqib edib.


Məhkəmə müəyyən edib ki, dağıntılara və yanğınlara məhz rohinca müsəlmanlarının yaşayış məntəqələri məruz qalıb, bundan əlavə məhkəmədənkənar edamlar həyata keçirilib. Qərarda vurğulanır ki, rohinca müsəlmanlarının kəndlərinin təxminən 40 faizi dağıdılıb və tezliklə onların ərazisində digər icmaların nümayəndələri məskunlaşmağa başlayıb. Məhkəmənin qiymətləndirməsinə görə, kəndlərin dağıdılması rohinca müsəlmanları üçün "geri qayıtmağa yer olmadığına" dair bir siqnal olub.

Xatırladaq ki, 2017-ci ilin avqustunda Myanma ordusu Arakan ştatının şimalında "təmizləmə əməliyyatları"na başlayıb.

Bu əməliyyatlar zamanı kütləvi qətllər, zorlamalar və kəndlərin yandırılması halları baş verib, nəticədə yüz minlərlə rohinca müsəlmanı Banqladeşə qaçmağa məcbur olub. 11 noyabr 2019-cu ildə Qambiya soyqırımı ittihamı ilə BMT Beynəlxalq Ədalət Məhkəməsində Myanmaya qarşı iddia qaldırıb.

Gözlənilir ki, məhkəmənin Myanma ilə bağlı bu qərarı Cənubi Afrika Respublikasının Qəzza zolağında soyqırımı ittihamı ilə İsrailə qarşı qaldırdığı iddianın araşdırılması üçün presedent yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO