Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırdı

Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırdı

Hazırda oxunan: Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırdı
0:00 / 0:00
648783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı rayonunda atasını döyərək xəsarətlər yetirmiş 1990-cı il təvəllüdlü Müslüm Murtuzovun (ad və soyadlar şərtidir) məhkəməsi keçirilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Müslüm evlərinin həyətində doğma atasını döyərək 3 qabırğasını sındırıb. Belə ki, o, ailə üzvləri ilə yaşadığı evin həyətində atası üçün birotaqlı mənzil tikib və Seyran Murtuzov orada yaşayıb. Buna səbəb isə Seyranın arvadı ilə yola getməməsi, tez-tez spirtli içki qəbul edərək söz-söhbətlər yaratması olub. Hadisə günü isə Müslüm atasının həyətdəki kiçik evə başqa qadın gətirdiyini görüb.
 

O, pəncərəni sındıraraq oraya daxil olub və qadının yanında atasını əxlaqsızlıqda günahlandıraraq döyüb. Müslümlə anası qadını da pəncərədən çıxararaq döyüblər, saçını yolaraq həyətdə sürüyüblər.


Məhkəmədə şahid qismində ifadə verən həmin qadın Seyranla dost olduğunu bildirib və hava soyuq olduğu üçün onun evinə gəldiyini deyib:

“Seyranla uzun müddətdir dostluq münasibətimiz var. Mütəmadi olaraq evimizə gəlib-gedir. Həmin gün mən yaşadığım evdə spirtli içki qəbul etmişdim, buna görə bacımla mübahisəmiz oldu. Seyran da həmin vaxt bizdə iş görürdü. Bundan sonra evi tərk etmək istədim. Seyran havanın soyuq olduğunu və ərim gələnə kimi çöldə qalmamağım üçün məni öz mənzilinə dəvət etdi. Anam da Seyranla getməyimə razılıq verdi. Birlikdə onun yaşadığı evə getdik. Seyran mağazaya gedib yemək-içmək aldı.

Mən Seyranın evində telefonla danışarkən o da televizora baxırdı. Bundan az sonra qapı döyüldü. Sonradan Seyranın oğlu Müslüm olduğunu öyrəndiyim şəxs pəncərəni vurub açdı və şüşə qırıldı. Mən elə o pəncərənin kənarında əyləşmişdim, həmin vaxt Müslümlə anası məni tutub pəncərədən çölə çıxardı, baş verənlərə görə həyəcan keçirdim. Bundan sonra Müslümün anası saçımı yoldu, özü isə bədənimin müxtəlif nahiyyələrinə yumruq zərbələri vurmağa başladı. Onlara oraya gəlişimin əsl məqsədini başa salmaq istəsəm də, qulaq asmayaraq məni və Seyranı döyməyə davam etdilər. Müslüm atasını yerə yıxıb təpiklə zərbələr vururdu. Yalnız polislər gələndən sonra bizi döyməyi dayandıraraq buraxdılar”.

Məhkəmədə zərərçəkmiş şəxs oğlundan şikayətçi olmayıb və barışdıqlarını deyib.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Müslüm Murtuzova 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun gecələr evi tərk etməsi qadağan edilib və üzərinə elektron qolbaq taxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO