
- A-
- A
- A+
“Koroğlu”dan hava limanına hərəkət məhdudlaşdırılır – Alternativ yollar açıqlandı
“21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaqdır. Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.
“Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcəkdir.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda bildirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































