Naxçıvanda Süni Mayalanma Mərkəzinin əməkdaşları 11 aya yaxındır maaş ala bilmirlər – Video

Naxçıvanda Süni Mayalanma Mərkəzinin əməkdaşları 11 aya yaxındır maaş ala bilmirlər – Video

Hazırda oxunan: Naxçıvanda Süni Mayalanma Mərkəzinin əməkdaşları 11 aya yaxındır maaş ala bilmirlər – Video
648742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Süni Mayalanma Mərkəzinin əməkdaşları əməkhaqlarının gecikdirilməsi ilə bağlı şikayət ediblər.

Bizim.Media xəbər verir ki, işçilərin sözlərinə görə, mərkəzdə çalışan 9 nəfərin əməkhaqqı 11 aya yaxındır tam ödənilmir.

Onlar yaranmış problemin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və yığılıb qalmış maaşlarının ödənilməsini istəyirlər.

Əməkdaşlar iş yerlərini itirməkdən ehtiyat etdikləri üçün məsələ ilə bağlı kamera qarşısında danışmaqdan çəkinirlər. Bildirirlər ki, uzun müddətdir davam edən gecikmələr ailə büdcələrinə ciddi təsir göstərir, gündəlik ehtiyacların qarşılanmasını çətinləşdirir.
 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Süni Mayalanma Mərkəzinin fəaliyyəti və saxlanma xərcləri əsasən törədici buğalardan alınan toxumların satışından əldə olunan vəsait hesabına qarşılanır. Həmin gəlirlər hesabına əməkdaşların maaşları sentyabr ayınadək ödənilib. Hazırda qalan məbləğin, eləcə də digər aylar üzrə əməkhaqlarının qısa müddətdə ödənilməsi istiqamətində işlər aparılır.


Nazirliyin açıqlamasında gecikmələrin əsas səbəbi kimi mərkəzin təsərrüfat hesablı fəaliyyət göstərməsi qeyd olunub. Yəni əməkhaqları və digər xərclər əsasən satışdan əldə edilən gəlirlərdən asılıdır.

Qeyd edək ki, Süni Mayalanma Mərkəzinin yaradılması və tikintisi məqsədilə 2019-cu ildə dövlət büdcəsindən 4,8 milyon manat vəsait ayrılıb.

Space TV-nin bununla bağlı videosüjetini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO